“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz

“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bir çox xidmətləri özündə birləşdirən yeni rəqəmsal platforma istifadəyə verməyə hazırlaşır. Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqində loyallıq kartı ilə alış-verişdə üstünlüklər qazanmaq və məhsulları sürətli almaq imkanınız olacaq.

Tezliklə istifadəyə verilməsi planlaşdırılan “Kontakt App” müştərilərin bir çox ehtiyacını özündə birləşdirəcək. İlkin olaraq, artıq müxtəlif əməliyyatların icrası üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac qalmayacaq. Çünki bu yeni tətbiqdə ən rahat interfeys ilə vəsaiti tərəfdaş platformalara yönləndirmək, müxtəlif xidmətlər üzrə ödənişlər həyata keçirmək imkanı təqdim edəcək.

Tətbiq vasitəsilə “Kontakt”dan məhsul almaq istəyənlər üçün də xüsusi bir rahatlıq var. Belə ki, sadəcə ilk cəhddə “Kontakt”dan hissəli ödənişlə məhsul almaq artıq elə sadəcə bir dəqiqə zamanınızı alacaq. Bununla da, tətbiqin istifadəçisi olan hər kəs istədiyi məhsulu mümkün ən sürətli şəkildə rəsmiləşdirə biləcək.

“Kontakt” bu tətbiqdə öz daimi müştərilərini də düşünüb və onlara xüsusi imtiyazlar təqdim edir. Belə ki, loyallıq proqramı çərçivəsində siz bir müştəri olaraq bonuslar qazanacaq, bu bonusları isə alış-veriş zamanı istifadə edə, dostlarınıza göndərə və ya kredit ödənişlərinizə yönləndirə biləcəksiniz.

Bundan əlavə, “Kontakt App” rahatlıq baxımından da istifadəçilərin ehtiyaclarını düşünüb. Çünki burada siz heç yerə zəng etmədən, bütün suallarınıza çatbotlar – yəni, virtual köməkçilər vasitəsilə cavab tapa biləcəksiniz.

Bütün bu xüsusiyyətləri ilə “Kontakt App” yeni rəqəmsal bir həll kimi bazara daxil olur. Odur ki, gələcəyin fintek dünyasında “Kontakt App” adını tez-tez eşidəcəyimiz bir dövr başlayır!


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv