Deputatdan həmkarına dəstək: “Boşanmış biri normal məsləhət VERƏ BİLMƏZ”

Deputatdan həmkarına dəstək: “Boşanmış biri normal məsləhət VERƏ BİLMƏZ”






presstv

"Presstv"az #Ailə, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Özü boşanmış bir insan ailələrə hansı tövsiyəni edə bilər? Ailəsini dağıdıb boşanan insan yalnız o məsləhəti verə bilər ki, “mən etdiyimi təkrarlayın”.

presstvaz bildirir ki, bu fikirləri   Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Hikmət Babaoğlunun “boşanmış biri mediator olmamalıdır” fikrinə münasibət bildirərkən deyib.

Deputat əlavə edib ki, H.Babaoğlu məsələyə doğru yanaşıb:

“Bu işlə hər kəs məşğul olmalı deyil. Mediasiya Şurası önəmli bir qurumdur. Cəmiyyətimizdə boşanma halları sürətlə artır. Bu, həyəcanverici bir məsələdir. Məhz buna görə də boşanan insan heç bir normal təklif verə bilməz. Bir-iki istisna ola bilər. Biz bu barədə yaxşı düşünməliyik. Ailə dəyərlərinə önəm verən şəxs mediator olmalıdır”.

Mediator Şaiq Mirzəyev isə məsələyə fərqli yanaşdığını deyib:

“Mediator boşanan tərəfin yaxını, dostu, tanışı ola bilər. Buna görə də emosiyadan kənar işə baxmalıdır. Bunu bacarmayacaqsa, işə baxmalı deyil. Əks təqdirdə, problem yoxdur. Ümumən boşanan qadın və ya kişinin mediator olmasında problem yoxdur. Bunun qanunda öz əksini tapmasını da düzgün hesab etmirəm. Əksinə, boşanan mediator öz təcrübəsindən daha düzgün istifadə edə bilər. Hər bir halda, proses emosiyadan kənar olmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv