SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib






presstv

"Presstv"az #(SOCAR), #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəyə və yüksək etik standartlara sadiqliyini bir daha nümayiş etdirərək uyğunluq sahəsində yeni təlim proqramına start verib.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“The Consultant Global” şirkətinin keçirdiyi təlim proqramının ilk sessiyasında SOCAR-ın prezidenti, vitse-prezidentlər, seqment, habelə SOCAR struktur bölmə və müəssisə rəhbərləri iştirak ediblər.

Təlim çərçivəsində uyğunluq mədəniyyətinin formalaşdırılması, SOCAR-ın yenilənilmiş Biznes Etikası və Davranış Kodeksi, eləcə də uyğunluq sahəsində yeni qüvvəyə minmiş digər sənəd və prosedurların tələbləri, beynəlxalq qabaqcıl təcrübələrlə bağlı məlumatlar təqdim olunub.

Təlim sessiyaları interaktiv şəkildə keçirilməklə, qarşılıqlı müzakirələr, eləcə də şirkətdaxili münasibətlərin uyğunluq cəhətdən tənzimlənməsi və bu sahədə meydana çıxan sualların həll yollarının tapılmasına yönəlmiş praktiki yanaşmalar əsasında keçirilib.

SOCAR-ın yeni uyğunluq sistemi ümumilikdə işçilərin davranış qaydalarını təsbit edir, eyni zamanda üçüncü tərəflərlə olan münasibətləri tənzimləməklə korrupsiyaya, digər qeyri-qanuni və etik qaydalarına zidd hallarının vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin görülməsini özündə ehtiva edir.

Beləliklə, təlim proqramının həyata keçirilməsi ilə SOCAR şəffaflıq və qabaqcıl biznes prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. SOCAR-ın tətbiq etdiyi uyğunluq sistemi və onun əsasında keçirilən təlimlər beynəlxalq təcrübələrə əsaslanaraq, daxili normativ sənədlərin tətbiqi, onun monitorinqi, onların əsas prinsip və tələblərinin aidiyyəti şəxslərə aşılanması və ümumilikdə uyğunluq sistemi üzrə maarifləndirmə səviyyəsinin artırılmasına dəstək verir.

Biznes etikası və uyğunluq mədəniyyətinin şirkətin bütün fəaliyyət istiqamətlərinə inteqrasiyası məqsədilə SOCAR-ın baş ofisinin işçiləri ilə yanaşı, SOCAR Qrupa daxil olan bütün müəssisələr üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv