Ər-Riyadda Rusiya-ABŞ danışıqları bərpa olundu

Ər-Riyadda Rusiya-ABŞ danışıqları bərpa olundu






presstv

"Presstv"az #ABŞ, #Dövlət Təhlükəsizlik Xidməti, #Jurnalistlər, #Münaqişə, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya və ABŞ nümayəndə heyətləri qısa fasilədən sonra Ər-Riyadda danışıqları davam etdiriblər.

presstvaz   xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya nümayəndə heyətinə yaxın mənbə bildirib.

“Danışıqlar bərpa olunub, tərəflər qısa nahar fasiləsindən sonra məsləhətləşmələri davam etdiriblər”, – deyə agentliyin həmsöhbəti bildirib.

O, görüşün növbəti hissəsinin nə qədər davam edəcəyini açıqlamayıb.

Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda təqribən üçsaatlıq məsləhətləşmələrdən sonra fasiləyə ayrılıblar.

Bu barədə presstvaz TASS agentliyinə istinadla xəbər verir.

Tərəflər yaxın zamanda danışıqları davam etdirəcəklər.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndələri arasında Ukrayna münaqişəsi üzrə danışıqlar bu gün səhər saatlarında başlayıb.

11:47

Rusiya və ABŞ nümayəndə heyətlərinin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayıb.

Bu barədə presstvaz TASS-a istinadla xəbər verir.

Görüş “The Ritz-Carlton” mehmanxanasında keçirilir. Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən hotelin ərazisini tərk etməyi xahiş ediblər. Görüş qapalı formatda keçiriləcək.

Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda başçılıq edirlər.

ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltsun köməkçiləri daxildirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv