UEFA Millətlər Liqası: Yarımfinalçılar məlum olublar

UEFA Millətlər Liqası: Yarımfinalçılar məlum olublar






presstv

"Presstv"az #Almaniya, #Avstriya, #Belçika, #Bolqarıstan, #Danimarka, #Ermənistan, #Fransa, #Gürcüstan, #İspaniya, #İspaniyanın, #Macarıstan, #Niderland, #Serbiya, #Slovakiya, #Türkiyə, #Ukrayna, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Millətlər Liqasında pley-off və 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, dörddəbir final mərhələsində Niderland səfərdə İspaniyanın qonağı olub.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığı üçün oyun əlavə vaxtda davam edib. 30 dəqiqə ərzində komandalar hərəyə bir dəfə fərqləniblər (3:3) və cütün taleyinə penalti seriyası aydınlıq gətirib. Bu seriyada İspaniya 5:4 qalib gələrək yarımfinala yüksəlib.

Fransa – Xorvatiya görüşü də penaltilər seriyasınadək davam edib. İlk görüşdə səfərdə 0:2 məğlub olan Fransa öz meydanında Xorvatiyanı eyni hesabla məğlub edib – 2:0. Penaltilər seriyasında fransızlar 5:4 hesabı ilə üstün olublar.

İlk görüşdə 0:1 məğlub olan Portuqaliya doğma meydanda Danimarkaya 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda daha iki qol vuran ev sahibləri yarımfinala yüksələn tərəf olub – 5:2.

İtalyanlar səfərdə Almaniya ilə heç-heçə ediblər. Oyunun əvvəlində meydan sahibləri 3 qol vursalar da, qonaqlar hesabı bərabərləşdiriblər – 3:3. İlk görüşdə Almaniya 2:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, İspaniya, Fransa, Portuqaliya və Almaniya milliləri Millətlər Liqasının yarımfinalında mübarizəni davam etdirəcəklər.

Yarımfinalda Almaniya – Portuqaliya və İspaniya – Fransa qarşılaşmaları keçiriləcək.

Oyunlar iyunun 4 və 5-də, üçüncü yer uğrunda görüş və final isə iyunun 8-də keçiriləcək. Qeyd edək ki, turnirin final hissəsinin bütün oyunları Almaniyada baş tutacaq.

Xatırladaq ki, İspaniya millisi UEFA Millətlər Liqasının hazırkı qalibidir.

Pley-off matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

23 mart

UEFA Millətlər Liqası

A/B pley-offu

Macarıstan – Türkiyə 0:3 (ilk görüş – 1:3)

Serbiya – Avstriya 2:0 (1:1)

Şotlandiya – Yunanıstan 0:3 (1:0)

Belçika – Ukrayna 3:0 (1:3)

B/C pley-offu

Gürcüstan – Ermənistan 6:1 (3:0)

İrlandiya – Bolqarıstan 2:1 (2:1)

İslandiya – Kosovo 1:3 (1:2)

Sloveniya – Slovakiya 1:0 (0:0)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv