ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər

ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İran, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ müəyyən şərtlər daxilində İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.

presstvaz xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”a müsahibəsində bildirib.

“Bizə hər şeyi hərbi yolla həll etmək lazım deyil, lakin bu, o demək deyil ki, əgər bizi müəyyən həddə çatdırsalar, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində biz bunu edəcəyik”, – o vurğulayıb.

Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi ondan ibarətdir ki, İran nüvə silahına malik olmamalıdır.

“Biz onların nüvə arsenalı yaratmağa başlamasına icazə verə bilmərik”, – ABŞ liderinin xüsusi nümayəndəsi bildirib.

Xatırladaq ki, martın 7-də Tramp özünün “Truth Social” hesabında yazıb ki, o, İranın ali lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən məktub göndərib. İran lideri ABŞ prezidentinin bu bəyanatını şərh edərkən vurğulayıb ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün ölkəsi onlarla dialoqa getməyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv