Aktrisa Xuraman Əlizadə həyat yoldaşından ayrılmasından danışdı: “Çox xoşbəxtəm”

Aktrisa Xuraman Əlizadə həyat yoldaşından ayrılmasından danışdı: “Çox xoşbəxtəm”






presstv

"Presstv"az #Ailə, #Depressiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Dostlarım sayəsində depressiyadan tez çıxdım. Oğlumla bərabər yaşayıram”.

presstvaz Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə deyib. O, həyat yoldaşı Murad Xankişiyevlə ayrıldığını təsdiqləyib:

“Allah hamının yolunu açıq etsin. Qarşı tərəfi də Allah xoşbəxt etsin ki, biz ümumiyyətlə onun yadından çıxaq. Və Allah məni o qədər xoşbəxt etsin ki, yaşadığmız gözəl günləri belə unudum. Hər şey silinsin istəyirəm. Elə şeylər yaşadım ki, bəlkə də heç bir qadın bunları yaşamayıb”.

Xuraman ayrıldıqdan sonra depressiyaya düşdüyünü bildirib:

“Adi insanın evində baxdığı heyvan 5 ildən sonra öləndə ağlayır. Bir insan həyatından çıxır gedir: sevdiyin, nikahlı həyat yoldaşın. İnsan necə depressiyaya düşməyə bilər?”

Xuraman bir müddət əvvəl səsləndirdiyi “xəyanətə görə ailəmi dağıtmaram” sözlərinin hələ də keçərli olduğunu deyib:

“Mən əvvəl də demişəm, insan hər şeyə görə ailəni dağıtmaz. Buna görə, xanımlar məni daşqalaq etmişdi. Amma yenə də deyirəm, adi bir xəyanətə görə bunu etməzlər. Çünki kişilər beyinləri ilə yox, bədənləri ilə xəyanət edirlər”.

Aktrisa gələcəkdə yenidən ailə qurub-qurmayacağı ilə bağlı suala isə belə reaksiya verib:

“Onu deyə bilmərəm. Oğul böyüdürəm. Amma təklik Allaha məxsusdur. Onu biz heç vaxt deyə bilmərik. Deyir, heç vaxt “heç vaxt” demə. Həyatdır”.

Qeyd edək ki, Xuramanın bu evlilikdən Əli adlı bir oğlu var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv