“Formula-1”: Azərbaycan Qran-prisinin qalibi Çində də birinci oldu

“Formula-1”: Azərbaycan Qran-prisinin qalibi Çində də birinci oldu






presstv

"Presstv"az #Avstraliya, #Azərbaycan, #Çin, #Formula-1, #Macarıstan, #Şanxay, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“McLaren” komandasının təcrübəli pilotu Oskar Piastri “Formula-1” üzrə dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-prisinin qalibi olub.

presstvaz TASS-a istinadən xəbər verir ki, yarışlar Şanxayda keçirilib.

İkinci yeri onun komanda yoldaşı britaniyalı Lando Norris tutub. İlk üçlüyü “Mercedes” komandasının pilotu britaniyalı Corc Rassell qapayıb.

Əyləc problemləri səbəbindən ispan Fernando Alonso (“Aston Martin”) yarışı vaxtından əvvəl bitirib.

Beləliklə də, Piastri “Formula-1″də üçüncü yarışını qazanıb. Əvvəlki iki qələbəni avstraliyalı pilot keçən mövsümdə Macarıstan və Azərbaycanda əldə etmişdi. Hazırkı mövsüm onun “Formula-1″də üçüncü mövsümüdür.

Növbəti Qran-pri 4-6 aprel tarixlərində Yaponiyada keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv