“Otto”dakı davada tutulan tələbəyə görə təcili iclas keçirildi, azadlığa buraxıldı

“Otto”dakı davada tutulan tələbəyə görə təcili iclas keçirildi, azadlığa buraxıldı






presstv

"Presstv"az #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hadisə, #Hakim, #Səbail, #Təhsil, #Türkiyə, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda gecə klubunda dava baş verib.

presstvaz “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə martın 18-də Səbail rayonu ərazisində yerləşən “Otto Klub”da qeydə alınıb.

Maraqlıdır ki, həmin gün dava ilə bağlı həbs edilən tələbə bayram günü azadlığa buraxılıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsi ötən gün bu qərarı çıxarıb.

İş materiallarına əsasən, Türkiyədə qiyabi təhsil alan Elvin sözügedən klubda tanımadığı şəxslə mübahisə edib və ona yüngül bədən xəsarətləri yetirib. Hadisədən sonra polis tərəfindən saxlanılan Elvin Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Onun müdafiəçisi qərardan apellyasiya şikayəti verib. Şikayət ərizəsindən Elvinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi və kimyaterapiya müalicəsinə ehtiyacı olduğu məlum olub. Bundan əlavə, şəxsin ilk dəfə inzibati xəta törətdiyi qeyd edilib.

Növbətçi hakim Cavid Hüseyn bayram günü iclas keçirərək Elvinin 15 günlük inzibati həbs cəzasını 300 manat cərimə ilə əvəz edib. O, dərhal məhkəmə zalından azadlığa buraxılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv