Hans Zimmer möhtəşəm film müsiqilərini necə bəstələyir?

Hans Zimmer möhtəşəm film müsiqilərini necə bəstələyir?






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış kino bəstəkarı Hans Zimmer musiqi yazarkən xəyali bir qadın obrazından ilham aldığını açıqlayıb.

presstvaz “Daili Afisha”ya istinadən xəbər verir ki, həmin qadının adı Dorisdir.

“Mən rejissorlar, prodüserlər, kinostudiyalar üçün musiqi yazmıram. Mənim ağlımda bu uydurma bir obraz var. Onun adı Dorisdir. O, Böyük Britaniyanın Bredford şəhərində yaşayır. O, iki yaramaz uşağı olan tənha anadır. Soyuqdan qızarmış əlləri var və çox çalışır. O, bu uşaqları bəsləmək, kirayə haqqını ödəmək və mübarizə aparmaq üçün inanılmaz bir iş görür.

Həftəsonları onun seçimi var: Ya dostları ilə bara gedə bilər, ya da kinoya. Əgər o, kinoya gedib çətinliklə qazandığı pulları xərcləsə, mən onun bunu boşuna etməsini istəmirəm, filmdən zövq almasını istəyirəm. Mən onun üçün yazıram və ona görə yazıram. Mən Doris üçün yazıram”, – deyə bəstəkar bildirib.

Xatırladaq ki, Zimmer ikiqat “Oskar” mükafatçısıdır. O, “Kral şir”, “İnterstellar”, “Yağış adamı”, “Dyuna”, “Karib dənizinin quldurları” və bu kimi çox sayda məşhur filmlərin bəstəkarıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv