İsmayıllı sakinlərindən şikayət: “Avtobuslar yoxdur, taksilərin ümidinə qalmışıq”

İsmayıllı sakinlərindən şikayət: “Avtobuslar yoxdur, taksilərin ümidinə qalmışıq”






presstv

"Presstv"az #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #İsmayıllı rayonu, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsmayıllı sakinləri şəhərdaxili avtobusların az olmasından şikayətlənirlər.

Bu barədə presstvaz-a danışan sakinlər qeyd edirlər ki, onlar taksilərin ümidinə qalıblar.

Vətəndaşların sözlərinə görə, taksi qiyməti ən qısa məsafə üçün iki manatdır:

“İsmayıllını digər şəhərlərlə əlaqələndirən avtobus marşrutları yoxdur. Rayon mərkəzində yaşayanlar evdən bazara getmək üçün ya piyada uzun məsafə qət etməlidirlər, ya da taksiyə minməlidirlər. Rayon sakinlərindən bir nəfər şəxsi avtobusu ilə fəaliyyət göstərir, amma bir ədəd marşrut kimin dərdinə dərman ola bilər? Avtobusu bir saatdan çox gözləyirsən ki, gəlsin. Əvvəllər fəaliyyət göstərən marşrutlar da rayonun ancaq mərkəzi küçələrində hərəkət edirdilər. Rayon daxilində yerləşən kəndlərə gediş-gəliş yox idi. Rayon camaatının ümumiyyətlə marşrutla bağlı problemləri bir deyil, iki deyil”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən presstvaz-a bildirilib ki, İsmayıllı şəhərində hər birində bir nəqliyyat vasitəsi olmaqla iki marşrut xətti fəaliyyət göstərir:

“Eyni zamanda, İsmayıllıdan Lahıc və Basqal qəsəbələrinə, Xankəndi, Qalacıq, Hacıhətəmli və Qalagah kəndlərinə rayondaxili marşrut xətləri mövcuddur.

Sərnişinlər İsmayıllı-Gəncə, İsmayıllı-Göyçay, İsmayıllı-Sumqayıt, İsmayıllı-Bakı müntəzəm şəhərlərarası marşrut xətlərinin xidmətindən istifadə edərək səfərlər həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur. İsmayıllı rayonu üzrə də geniş təhlillərin aparılması, ictimai nəqliyyat şəbəkəsinin daha əlçatan olması ilə bağlı işlərin aparılması nəzərdə tutulub”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv