Dünyanın aparıcı maliyyə mərkəzləri məlum oldu

Dünyanın aparıcı maliyyə mərkəzləri məlum oldu






presstv

"Presstv"az #Araşdırma, #Honkonq, #London, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nyu-York yenidən dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında lider olub.

presstvaz xəbər verir, bu məlumat maliyyə konsaltinq şirkəti “Z/Yen Group Ltd” tərəfindən hazırlanan və “Global Financial Centres Index” göstəricisini hesablayan araşdırmada öz əksini tapıb.

Nyu-York 2018-ci ilin payızından bəri reytinqdə birinci yeri tutur. 2024-cü ilin sentyabrında açıqlanan əvvəlki reytinq ilə müqayisədə şəhər öz göstəricisini 6 bal artıraraq 769 bal toplayıb.

İkinci yerdə qərarlaşan London isə liderlə olan fərqini bir qədər azaltmağı bacarıb və aktivini 12 bal artıraraq 762 bal toplayıb.

Reytinqin ilk beşliyini Honkonq, Sinqapur və San-Fransisko tamamlayır.

Dünya Maliyyə Mərkəzləri İndeksi ilk dəfə 2007-ci ildə dərc edilib və hər yarım ildən bir yenilənir. Son reytinq, təxminən 5 min respondentin sorğusu əsasında tərtib edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv