Almaniya mediası Mahir Emrelini eqoist adlandırdı

Almaniya mediası Mahir Emrelini eqoist adlandırdı






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Futbol, #Mahir Emreli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın “Bild” qəzeti “Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı iddia irəli sürüb.

presstvaz “Bild” nəşrinə istinadən xəbər veir ki, 27 yaşlı hücumçunun II Bundesliqanın 26-cı turunda evdə “Qroyter”ə (3:0) qalib gəldikləri oyundan sonra komanda ilə birlikdə qələbəni qeyd etməyib.

Nəşr bunu azərbaycanlı futbolçu tərəfindən eqoist hərəkət kimi dəyərləndirib.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze məsələ ilə bağlı qəzetə deyib ki, azərbaycanlı futbolçunun milliyə yollanması ilə bağlı vaxt azlığı olub:

“O, oyundan dərhal sonra hamı ilə sağollaşdı. Bu, əvvəlcədən razılaşdırılmışdı. O, Münhendən uçurdu və stadiondan nə qədər tez çıxa biləcəyini bilmirdi. Çünki stadion dolu idi”.

Nəşr forvardın “Maqdeburq”u məğlub etdikləri (4:3) görüşdə də eyni hərəkəti etdiyini vurğulayıb.

Qeyd edək ki, Mahir Emreli “Qroyter”lə oyunun 82-ci dəqiqəsində meydana daxil olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv