Səfərdə olan şəxs oruc tuta bilərmi?

Səfərdə olan şəxs oruc tuta bilərmi?






presstv

"Presstv"az #Nəqliyyat, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ramazan ayında ən çox verilən suallardan biri də səfərdə olan şəxslərin oruc tutması ilə bağlıdır. Dinimizə görə, səfərdə olan şəxslər oruc tutmaya bilərlər. Bu barədə Qurani-Kərimdə buyurulur: “…Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!..” (əl-Bəqərə, 184).

presstvaz xəbər verir ki, deputat Ceyhun Məmmədovun sözlərinə görə, Məhəmməd Peyğəmbərin (s) hədislərində də səfərə çıxanlara oruc tutmaq tövsiyə olunmur.

“Hədislərin birində buyurulur: “Peyğəmbər səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış əshabələri görüb (onlardan): “Nə baş verib?” – deyə soruşdu. Onlar: “Bu adam oruc tutub” – deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Səfərdə oruc tutmaq yaxşı əməl deyildir”. Məlum olduğu kimi, o dövrdə bir bölgədən digər bölgəyə səfər etmək və səfərdə oruc tutmaq həmin dövrün insanları üçün çox çətin idi. Çünki müasir nəqliyyat vasitələri yox idi. İndi isə insanlar 100 kilometrlərlə məsafəni bir-neçə saata təyyarə ilə qət edə bilirlər.

Beləliklə yenidən o nəticəyə gəlirik ki, səfərdə oruc tutmamaq Allahın bəndəyə ehsanı və lütfüdür. Səfərdə olan insanlar oruc tutmaya bilərlər. Ancaq kiminsə səfərdə olarkən oruc tutmasına hər hansı qadağa yoxdur. Əgər kimsə düşünürsə ki, sonradan tutmadığı günlərin qəzasını tutmaq çətin olacaq onun üçün orucuna davam edə bilər”. \milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv