Həftədə 6 gün işləyənlər bayramlarda neçə gün EVDƏ OLACAQ?

Həftədə 6 gün işləyənlər bayramlarda neçə gün EVDƏ OLACAQ?






presstv

"Presstv"az #Azərbaycan, #Nazirlər Kabineti, #Novruz bayramı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bayramlarla əlaqədar sabahdan Azərbaycanda qeyri-iş günləri başlayır.

presstvaz xəbər verir ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib. Beləliklə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə beşgünlük iş həftəsində 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri istirahət günləri, 1 aprel isə iş günü olacaq.

Bəs altıgünlük iş həftəsində çalışan işçilər üçün iş və istirahət günləri hansı qaydada tənzimlənəcək?

Qeyd edək ki, altıgünlük iş həftəsində istirahət günlərinin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərarla 2025-ci ilin istehsalat təqviminə əsasən, iş və istirahət günlərinin tarixləri müəyyən olunub. Qərarın 1 nömrəli əlavəsində 2025-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərinin tarixləri açıqlanıb.

Kollegiyanın qərarına əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2024-cü il 28 noyabr tarixli 499 nömrəli və “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli qərarlarına əsasən, 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar altıgünlük iş həftəsində 25 mart, 1 aprel istirahət günləridir.

Vergiler.az-ın məlumatlına görə, altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:

Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);

Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).

Beləliklə, altıgünlük iş həftəsində çalışanlar bayramlarla əlqədar 9 gün istirahət edəcəklər. /Modern.az

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv