Müəllimlərin maaşı artırılacaq?

Müəllimlərin maaşı artırılacaq?






presstv

"Presstv"az #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq, müəllimlərin əməkhaqları artırılacaq”.

presstvaz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli “Təhsil TV”yə deyib.

O vurğulayıb ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var: “Qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirməkdir”.

N.İsmayılbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu əməkhaqqını 35 faiz əlavə ilə, 38 mini isə 10 faiz əlavə ilə alır:

“Cari ildə, Naxçıvan da daxil olmaqla, ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonrakı apellyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv