Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib

Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #COP29, #Humanitar yardım, #İqlim dəyişikliyi, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə İqlim və münaqişələrdən əziyyət çəkən ölkələr Şəbəkəsinin ötən ay Əbu-Dabi şəhərində keçirilən ilk Strateji İclasının nəticəsi olaraq dünən qəbul edilən birgə bəyanatında qeyd olunur.

Bu münasibətlə COP29 sədrliyinin yaydığı rəsmi məlumatda Şəbəkənin bu mühüm mövqe sənədinin qəbulu etməsi ötən il Bakıda keçirilmiş BMT İqlim Konfransında təsis edilmiş platformanın inkişafında vacib addım kimi qiymətləndirilir.

Qeyd olunur ki Azərbaycanın bu il davam edəcək COP29 Sədrliyinin təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə təşkil edilən Şəbəkənin Strateji iclası, iqlim dəyişiklikləri və münaqişələrə həssas ölkələrin hökumət üzvlərini, beynəlxalq təşkilatları və maliyyə institutlarını bir araya gətirib. Tədbirdə həssas ölkələr üçün iqlim maliyyəsinin təmin edilməsi və milli potensialların gücləndirilməsi istiqamətində konkret addımlar müzakirə edib.

İclasın yekunu olaraq COP29 sədrliyinin dəstəyi ilə davam etmiş əlaqələndirmə işi nəticəsində qəbul edilmiş Şəbəkənin Birgə Bəyanatı və birgə fəaliyyəti üzrə Yol xəritəsi, qrupa daxil olan ölkələrin birgə fəaliyyəti üçün vahid mövqe formalaşdırmaqla yanaşı, konkret layihələrin icrasını də nəzərdə tutur.

Birgə bəyanatda Azərbaycan hökumətinə, COP29 zamanı irəli sürdüyü “Sülh, yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı”na görə xüsusi təşəkkür ifadə edilib.

Eyni zamanda bu təşəbbüs çərçivəsində yaradılan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin, “humanitar yardım, inkişaf, sülh quruculuğu və iqlim sahəsində çalışan tərəfdaşlar arasında əməkdaşlıq üçün unikal mexanizm” olduğu vurğulanır.

COP29-un məlumatında qeyd olunur ki, Azərbaycan Sədrliyi Bakı Mərkəzi ətrafında yaradılmış birgə tərəfdaşlıq platforması vasitəsilə Şəbəkəni dəstəkləməyə, iqlim, münaqişə və humanitar ehtiyaclara həssas ölkələrin milli potensiallarını gücləndirməyə və “Yaşıl Dünya üçün Həmrəylik” prinsipinə əsaslanaraq birgə fəaliyyəti təşviq etməyi bundan sonra da davam edəcək.

Qeyd edək ki, sözügedən Şəbəkə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ötən il Bakıda keçirilmiş 29-cu Tərəflər Konfransında yaradılıb. Həmçinin həmin konfransda qəbul edilmiş Bakı Sülh Çağırışına əsasən, Bakı Mərkəzinin COP29 Sədrliyinin himayəsi altında Bakı şəhərində yerləşəcəyi qərara alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv