Alimlər tarixdə ilk daş alətlərin mənşəyini açıqladılar: İnsanlar tərəfindən YARADILMAYIB

Alimlər tarixdə ilk daş alətlərin mənşəyini açıqladılar: İnsanlar tərəfindən YARADILMAYIB






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Keniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Klivlend Təbiət Tarixi Muzeyi və Kent Dövlət Universitetinin alimləri daş alətlərin yaranması ilə bağlı yeni bir hipotez irəli sürüblər. Onların fikrincə, ilk insanlar əvvəlcə təbiətdə mövcud olan iti daşlardan istifadə edib, daha sonra isə özləri alət hazırlamağa başlayıblar.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə araşdırmanın nəticələri “Archaeometry” elmi jurnalında dərc olunub.

Bildirilib ki, alimlər Keniya və Oman da daxil olmaqla dünyanın müxtəlif yerlərində tədqiqat aparıblar. Onlar təbiətdə çox sayda itikənarlı daşların – “naturalitlər”in mövcud olduğunu müəyyən ediblər.

Tədqiqatçılar hesab edirlər ki, ilk insanlar məhz bu iti daşlardan istifadə etdikdən sonra yeni alətlər düzəltmək fikrinə düşüblər. Bu qərarın əsas səbəblərindən biri təbiətdə kifayət qədər iti daşların olmaması və onların əldə edilməsinin çətinliyi ola bilər.

Bundan başqa, insanlar təbiətdəki daşların keyfiyyətini artırmaq üçün özləri istədikləri forma və kənarlara malik daş alətlər düzəltməyə üstünlük vermiş ola bilərlər.

Beləliklə, bu yeni hipotez daş texnologiyalarının mənşəyi haqqında əvvəlki nəzəriyyələrə nisbətən daha iqtisadi və məntiqli bir izah təqdim edir.

İndi isə arxeoloqlar bu hipotezi yoxlamaq üçün 3-6 milyon il əvvələ aid dövrlərdə “naturalitlər”in istifadəsinə dair sübutlar axtarmalıdırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv