Biləsuvarda çörək istehsalı müəssisəsinin FƏALİYYƏTİ DAYANDIRILDI

Biləsuvarda çörək istehsalı müəssisəsinin FƏALİYYƏTİ DAYANDIRILDI






presstv

"Presstv"az #Antisanitar vəziyyət, #Araşdırma, #Azərbaycan, #Biləsuvar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Biləsuvar rayonu, H.Əliyev prospektində yerləşən, Namiq Bayram oğlu Hacıyevə məxsus çörək istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər.

presstvaz xəbər verir ki, baxış zamanı istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi aşkarlanıb.

Belə ki, etiketlənmədə başqa obyektin ünvanı və qeydiyyat nömrəsinin qeyd edildiyi, xammalın saxlanma şərtlərinə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, xəmirin mayalanmasında istifadə olunan taraların istismara uyğun olmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati tədbir görülüb, müəssisənin fəaliyyəti dayandırılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv