Azərbaycana idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Azərbaycana idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb






presstv

"Presstv"az #Qida məhsulları, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

presstvaz xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Uyğunsuzluqlar, əsasən, məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və “Aflatoksin B1″in normadan artıq olması ilə bağlı olub.

Həmin məhsullar aşağıdakılardır:

Məhsulun adı

İstehsal və son istifadə tarixi

Miqdarı

Mənşə ölkəsi

İstehsalçı

İdxalçı

Hidrogenləşdirilmiş palma sterini

01.11.2024

01.05.2026

23869.44 kq

Malayziya

“MOI Foods Malaysia Sdn. Bhd.”

“Mamam Chocolate And Bakery” MMC

Quzu əti

30.11.2024

30.11.2025

17000 kq

Monqolustan

“AZAT LLC”

“Eleven Group” MMC

Dondurulmuş

mal əti

18.11.2024

18.11.2025

6180 kq

Ukrayna

“VKP”Verbovskoye”

“Hereti Bottling Company” MMC

Qarğıdalı yarması

28.11.2024

28.09.2025

10000 kq

Rusiya

OOO “TРАСТ”

“Bolluq LTD” MMC

Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv