Qulaqlarda cingilti: Alimlər dərmansız xilas olmağın maraqlı üsulunu kəşf etdilər

Qulaqlarda cingilti: Alimlər dərmansız xilas olmağın maraqlı üsulunu kəşf etdilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Qocalma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qulağı və beyni birləşdirən sinirlərin qismən “söndürülməsi” tinnitusdan – qulaqda daimi cingiltidən xilas olmağa kömək edə bilər.

presstvaz-ın xəbərinə görə, ABŞ-nin Con Hopkins Universitetinin alimlərinin bu kəşfi barədə universitetin saytında məlumat verilib.

Məlumata görə, tinnitusun inkişaf mexanizmi daxili qulağın səs dalğalarını beyin üçün elektrik siqnallarına çevirən hissəsində tük hüceyrələrin zədələnməsi ilə başlayır. Bu hüceyrələr, məsələn, yüksək səslər və ya qocalma səbəbindən zədələndikdə, bəzi sinirlər tərs istiqamətdə – beyindən qulağa doğru işləməyə başlayır və nasaz audiosistemdə səsin artırılmasına bənzər səs-küy yaradır. Alimlər bu prosesi “geri əlaqə” adlandırırlar.

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələr zamanı qulaqdan beyinə gedən sinirlərin bir hissəsini “söndürüblər”. Bundan sonra optik koqerent tomoqrafiya texnologiyasından (bədənin daxili strukturlarını real vaxtda görməyə imkan verir) istifadə etməklə, səs dalğalarını beyin üçün elektrik siqnallarına çevirən hissənin daha aktiv işləməyə başladığını müşahidə ediblər.

Alimlərin sözlərinə görə, “geri kanalların” bloklanması insanlarda tinnitus əlamətlərini azalda və ya tamamilə yox edə bilər. Lakin bu texnikanın effektivliyinin yoxlanması üçün könüllülərin iştirakı ilə tədqiqatlara ehtiyac var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv