Fuci dağına qalxmaq artıq pulsuz deyil: Yeni qaydalar tətbiq edildi

Fuci dağına qalxmaq artıq pulsuz deyil: Yeni qaydalar tətbiq edildi






presstv

"Presstv"az #Hakim, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın əsas simvollarından biri olan əfsanəvi Fuci dağına qalxmaq artıq pullu olacaq.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Kiodo” xəbər yayıb.

Bildirilir ki, bu yaydan etibarən, məşhur vulkanın yerləşdiyi Şidzuoka və Yamanaşi prefekturaları bütün dörd cığır üzrə qalxmağa ödəniş tətbiq edirlər.

Dörd marşrutdan üçünü – Fucinomiya, Qotemba və Sibasirini idarə edən Sidzuoka prefekturası qalxış üçün 4 000 yen (təxminən 46 manat) məbləğində tarif müəyyən edib. Keçən il Yamanaşi prefekturası ən populyar Yosida cığırı üçün oxşar tədbir tətbiq etmişdi. Beləliklə, Fuci zirvəsinə pulsuz qalxmaq artıq mümkün olmayacaq.

Bundan əlavə, hakimiyyət gecə qalxışları həvəskarları üçün də qaydaları sərtləşdirib. Artıq cığırlara saat 14:00-dan sonra giriş yalnız dağ hotellərindən birində əvvəlcədən yaşayış rezerv etmiş şəxslərə icazə verilir. Bu tədbir qaranlıq vaxtlarda zirvəni fəth edən alpinistlərin sayını məhdudlaşdırmağa yönəlib.

Qalxış haqqının tətbiqi turistlər arasında Fucinin artan populyarlığı və bununla bağlı problemlərlə izah olunur. Hakimiyyət cığırların həddindən artıq dolması və kütləvi turist axınının dağın zərif ekosisteminə mənfi təsiri ilə bağlı narahatdır. Toplanan vəsaitin qalxışların təhlükəsizliyini təmin edən personal xərclərini ödəmək və təbiəti qoruma tədbirlərini həyata keçirmək üçün istifadə edilməsi planlaşdırılır.

Dəniz səviyyəsindən 3776 metr yüksəklikdə yerləşən Fuci dağı təkcə Yaponiyanın ən yüksək nöqtəsi deyil, həm də UNESCO-nun Dünya İrsi obyektidir. 2024-cü ildə, yay qalxış mövsümü ərzində, Fuci zirvəsinə təxminən 204 min insan qalxıb. İlin qalan mövsümlərində dağa çıxmaq qadağandır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv