Əziz Ələkbərli: “Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında təbliğidir”

Əziz Ələkbərli: “Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında təbliğidir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Əziz Ələkbərli, #Jurnalistlər, #Qərbi Azərbaycana qayıdış

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdışla bağlı öz fəaliyyətini davam etdirir. Bugünkü tədbirimiz ADA Universitetinin tələbə və müəllimləri ilə birgə keçirilir. Məqsədimiz artıq bu ideyanı ali məktəblərin auditoriyalarına daşımaqdır”.

presstvaz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O bildirib ki, bu istiqamətdə Qərbi Azərbaycan İcmasının Gənclər Şurası səmərəli fəaliyyət göstərir:

“Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında lazımi dərəcədə təbliğ olunmasıdır. Ona görə ki, bu ideyanın gələcək uğuru onun bu gün gənclərə hansı səviyyədə aşılanmasından asılıdır. İndiki nəsillər bu ideyanı gələcək nəsillərə daşımalı, bu ideyanın həyata keçirilməsini təmin etməlidirlər”.

“Qərbi Azərbaycan İcması ilk gündən ata-baba torpaqlarımıza dinc yolla, ləyaqətli şəkildə qayıdış uğrunda mübarizə aparır. Bununla bağlı Ermənistan rəhbərliyinə, beynəlxalq təşkilatlara dəfələrlə müraciət etmişik”, – deyə o, fikrini davam etdirib.

Ə.Ələkbərli qeyd edib ki, hər kəsin doğulub boya-başa çatdığı torpaqlarda yaşamaq, oraya sərbəst şəkildə gedib-gəlmək haqqı və hüququ var:

“Təəssüf ki, bu günə qədər Ermənistan rəhbərliyi bununla bağlı bizim tələblərimizə cavab verməyib. Beynəlxalq təşkilatlar isə müəyyən qədər cavab versələr də, real hərəkətlər görmürük” .

“Qərbi azərbaycanlılar sonuncu nəfərinə qədər öz torpaqlarına dinc yolla qayıdanadək Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirəcək”, – deyə Ə.Ələkbərli bildirib.

Daha çox foto burada: Photostock.Az

Aləmdə Nəsib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv