“Şamaxı” Andersonu geri göndərdi

“Şamaxı” Andersonu geri göndərdi






presstv

"Presstv"az #Dollar, #Futbol, #İraq, #Rusiya, #Şamaxı, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şamaxı”nın yeni transfer cəhdi uğursuzluqla nəticələnib. Bölgə klubu müqavilə bağlamaq üçün gətirdiyi legioneri geri göndərməyə qərar verib.

presstvaz Futbolinfo.az-a istinadla xəbər verir ki, Premyer Liqa klubu ötən ay 150 min dollara Rusiyanın “Fakel” klubuna satılan Belajdi Pusinin boşluğunu Kollin Andersonla doldurmağı planlaşdırmışdı. Lakin yamaykalı hücumçu tibbi baxışdan uğurla keçsə də, transferi alınmayıb. Sənədlərində problem aşkarlanan legioner bu gün vətəninə yola salınacaq.

25 yaşlı futbolçunun özünün səhlənkarlığı üzündən yaranan problem başına bəla olub. “Şamaxı” isə demək olar, Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəldiyi üçün əlavə xərcə düşməyi lazım bilməyib.

Qeyd edək ki, Anderson bu ilin yanvarında İraqın “Erbil” klubundan ayrılandan bəri işsiz idi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv