Mixail Saakaşviliyə yeni həbs cəzası verildi

Mixail Saakaşviliyə yeni həbs cəzası verildi






presstv

"Presstv"az #Gürcüstan, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili əlavə olaraq 4.5 il həbs cəzasına məhkum edilib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “TV Pirveli” məlumat verib.

Bildirilir ki, Tbilisi məhkəməsi onu 2021-ci ilin payızında səkkiz ildən sonra gizlicə ölkəyə qayıtdığı zaman dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.

Qeyd edək ki, hazırkı hökm keçmiş dövlət başçısı üçün artıq dördüncü olub. Üçüncü hökm 12 martda elan edilmişdi – Saakaşvili büdcə vəsaitlərinin böyük miqdarda mənimsənilməsi işi üzrə doqquz il həbs cəzası almışdı. Bu, keçmiş prezidentin 2021-ci ildən bəri digər iki iş üzrə – deputat Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankı”nın əməkdaşı Sandro Girgvlianinin qatillərinin əfv edilməsi ilə bağlı çəkdiyi altı illik cəzaya üç il əlavə etdi.

İstintaqda hələ də 2007-ci ildə Tbilisidəki nümayişin güc tətbiq edilərək dağıdılması və iş adamı Badri Patarkatsiviliyə məxsus olan “Imedi” telekanalının ələ keçirilməsi ilə bağlı daha bir iş qalır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv