“TP-Link” brendinin Azərbaycandakı rəsmi distribütoru “Connectronic” şirkətinin mağazası açıldı

“TP-Link” brendinin Azərbaycandakı rəsmi distribütoru “Connectronic” şirkətinin mağazası açıldı






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Elektrik cərəyanı, #Nərimanov rayonu, #Nəsimi Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyamiqyaslı “TP-Link” brendinin Azərbaycandakı rəsmi distribütoru olan “Connectronic” şirkəti Azərbaycanda ilk dəfə olaraq “TP-Link” brendinə məxsus şou-rumunun açılışını edib. Burada “TP-Link” brendinə məxsus VIGI, “Tapo”, “Omada”, “Mercusys” və “Aginet” məhsullarının nümayişi və satışı baş tutacaq.

Açılışda fəxri qonaqlar qismində “TP-Link” şirkətinin region üzrə ümumi direktoru Lucas Jiang, regional rəhbəri Max Zhou və digər rəsmiləri, həmçinin Azərbaycan Respublikasının rəsmi dövlət nümayəndələri və tanınmış şirkətlərin rəhbərliyi iştirak ediblər.

Qeyd edək ki, ötən il “Connectronic” şirkəti VIGI və “Mercusys” üzrə eksklüziv olmaqla, yuxarıda sadalanan istiqamətlər üzrə “TP-Link” brendinin rəsmi distribütorluğunu alıb və qısa zamanda bir çox uğurlu layihələrə imza atıb. İndi isə “Connectronic” şirkətinin Azərbaycan bazarı üçün satışını həyata keçirdiyi “TP-Link” məhsulları haqqında qısa məlumat vermək istərdik:

“VIGI – IP” videomüşahidə həllərindən ibarət olmaqla, ən son texnoloji yenilikləri özündə əks etdirən, həmçinin videomüşahidə avadanlıqlarından istifadəni asanlaşdıran və əlçatan edən məhsullardan ibarətdir.

“Tapo” – ağıllı ev sistemini əhatə edən videomüşahidə kameraları, ağıllı sensorlar, ağıllı domofonlar, ağıllı elektrik yuvaları, ağıllı lampalar, ağıllı elektrik cərəyanı idarəediciləri və s. məhsullardan ibarətdir. Ən çox “dayə kamerası” kimi tanınan “Tapo” kameraları artıq bir çox valideynin texnoloji dostuna çevrilmişdir və fərdi yaşayış sahələrində geniş istifadə edilməkdədir.

“Omada” – kiçik və orta biznes subyektlərinin şəbəkə həllərini əhatə edən bu məhsullar, yüksək keyfiyyət simvolu olaraq artıq Azərbaycan bazarında sürətli internet, stabil bağlantı və uzunmüddətli istifadə sayəsində biznes sahiblərinin bir nömrəli seçiminə çevrilib.

“Mercusys” – ənənəvi “TP-Link” keyfiyyəti artıq daha sərfəli və əlçatandır. “Mercusys” şəbəkə avadanlıqları yüksək “TP-Link” keyfiyyəti və sərfəli qiymətləri özündə birləşdirərək hər büdcəyə uyğun, stabil və sürətli interneti təmin edən avadanlıqlar təqdim edir.

“Aginet” – bu məhsullar isə ISP (Internet Service Provider) şirkətlərinin həlləri üçün nəzərdə tutulub və artıq Azərbaycan bazarında geniş miqyasda istifadə edilməkdədir. Xüsusilə GPON layihələri üçün əvəzedilməz olan “Aginet” həlləri hər istifadə zamanı dəfələrlə öz gücünü və keyfiyyətini sübut edib.

“Connectronic” – təhlükəsizliyin yeni adı!

Telefon: (099) 999 90 66

Mail: [email protected]

Baş ofis: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 44

Mağaza: Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 21


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv