Stiven Hokinqin sözləri düz çıxdı?

Stiven Hokinqin sözləri düz çıxdı?






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Depressiya, #Həkim, #İngiltərə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Stiven Hokinq 8 yanvar 1942-ci ildə İngiltərənin Oksford şəhərində Frank və İzabel Eylin Hokinq ailəsində dünyaya gəlib.

Məktəb illərində Stiven əlaçı deyildi, hətta səlis oxumağı yalnız 8 yaşında öyrənmişdi. Bununla belə, dəqiq elmlərə xüsusi maraq göstərirdi. Çox aktiv həyat tərzi yaşayan və Oksford Universiteti Kollecinə daxil olan 17 yaşlı gənc həmçinin avarçəkmə klubunun üzvü olur.

Yeni il şənliklərindən birində Stiven Ceyn Uayld adlı qızla tanış olur. 1963-cü ildə özünü xoşbəxt hiss etdiyi bir vaxtda səhhətində problemlər yaranmağa başlayır. Tez-tez yıxılan və daim yorğunluq hiss edən Stiven həkimə müraciət edir və ona yan amiotrofik skleroz diaqnozu qoyulur.

Bu, tədricən əzaların hərəkətinə cavabdeh olan neyronları məhv edən, tənəffüs orqanlarına çatdıqda tam iflic və ölümə səbəb ola bilən xəstəlik idi. Həkimlər ona cəmi 2-3 il ömrü qaldığını bildirdikdə Stiven xəstəliyin onun zehninə təsir edib-etməyəcəyini soruşur. Cavab isə belə olur:

“Beyinə təsiri yoxdur, ömrünüzün sonuna qədər aydın düşüncədə qalacaqsınız”. Bu xəbər gənc alimə ağır təsir edir, o, depressiyaya düşərək elmi işini yarımçıq qoyur. Lakin xəstəxanada leykemiyadan əziyyət çəkən və son günlərini yaşayan bir uşağı görəndə Stiv öz xəstəliyinin son olmadığını anlayaraq mübarizəyə qərar verir. Sevgilisi Ceyn Stivin xəstəliyinə baxmayaraq, onunla nişanlanır. Cütlük 1965-ci ildə evlənir və üç övladı dünyaya gəlir. Stiv yaşamağa davam edir, lakin proqressivləşən xəstəliyi səbəbindən o, əvvəlcə əsa, sonra isə əlil arabası ilə hərəkət etməyə məcbur olur.

Buna baxmayaraq, Hokinq Kembric Universitetində dərs deməyə və kosmik qara dəliklər üzərində elmi araşdırmalar aparmağa davam edir. Stiven Hokinq riyaziyyatçı Rocer Penrоuzun uzun qara dəliklərdə güclü cazibə qüvvəsi və zamanın dayandığı sinqulyar nöqtənin mövcudluğu fərziyyəsini təkmilləşdirir.

Nəzəriyyəyə görə, kainat bu sinqulyar nöqtənin partlaması və genişlənməsi nəticəsində yaranıb. 1970-ci ildə R.Penrоuz ilə birlikdə bu fərziyyəni təsdiqləyən Hokinq “Böyük Partlayış” nəzəriyyəsinin inkişafında mühüm rol oynayır. Bütün məhdudiyyətlərə baxmayaraq, Hokinq müxtəlif ölkələrdə mühazirələrlə çıxış edir. O, qara dəliklərin buxarlanması və fəzaya şüalar yayması ilə bağlı irəli sürdüyü fərziyyənin sonradan təsdiqləndiyini görür.

2019-cu ildə isə qara dəliyin və onun parıltısının ilk dəfə fotoşəkili çəkilir. Stiven Hokinq 14 mart 2018-ci ildə 76 yaşında vəfat edir. Onun dəfn mərasimində elm və incəsənət xadimləri iştirak edirlər. Qəbir daşının üzərindəki yazıda “Burada Stiven Hokinqin ölümü yatır” və onun ən məşhur tənliyi həkk olunur.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv