Tramp BMW-yə qarşı: Avtomobil nəhəngi zərərləri hesablayır

Tramp BMW-yə qarşı: Avtomobil nəhəngi zərərləri hesablayır






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Avto, #Donald Tramp, #Meksika, #Müharibə, #Münaqişə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın BMW avtomobil nəhəngi həyəcan təbili çalıb. Belə ki, şirkət ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinə görə, 2025-ci ildə mənfəətin 1 milyard avro azalmasını gözləyir.

presstvaz-ın məlumatına görə, bu barədə “Reuters” yazır.

Səbəb kimi polad, alüminium və bəzi avtomobil modellərinin, o cümlədən BMW-nin Meksikada istehsal etdiyi modellərin idxalına ABŞ rüsumlarının artırılması göstərilir.

Qeyd edək ki, Trampın Avropa İttifaqına 25 faizlik tariflər tətbiq etmək qərarı Avropa rəsmiləri tərəfindən “düşməncəsinə və təhqiredici” adlandırılıb. Onlar xəbərdarlıq ediblər ki, ticarət qarşıdurması davam edərsə, ABŞ iqtisadiyyatı daha çox zərər çəkəcək.

Aİ də cavab tədbirləri hazırlayır, lakin Vaşinqtonu danışıqlar masasına oturmağa çağırır.

BMW şirkəti isə münaqişənin mərkəzində qalıb. Keçən ilin nəticələrinə görə, avtomobil nəhənginin mənfəəti artıq 37% azalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv