Hollivud ulduzu və həyat yoldaşının ölümü ilə bağlı YENİ TƏFƏRRÜAT

Hollivud ulduzu və həyat yoldaşının ölümü ilə bağlı YENİ TƏFƏRRÜAT






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Aktyor, #Yoluxucu xəstəlik, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavaya məxsus itin bədəninin yarılmasının nəticələri açıqlanıb.

presstvaz xəbər verir ki, bu barədə “People” Santa Fe dairəsinin Heyvanlara Nəzarət Xidmətinə (Nyu Meksiko, ABŞ) istinadən yazıb.

Kelpi cinsinə məxsus Zinna ləqəbli itin ölümü və digər iki itin sağ qalması cütlüyün müəmmalı faciəsində maraqlı detaldır. Ailənin zəhərlənə biləcəyi ilə bağlı nəzəriyyələr irəli sürülüb. Lakin xidmət nümayəndələrinin sözlərinə görə, it zəhərlənmə nəticəsində deyil, susuzluq və aclıqdan ölüb.

İt sahibinin yanında heyvanların daşınması üçün nəzərdə tutulan çantada tapılıb. Eyni zamanda, ekspertiza hesab edir ki, heyvanın qismən mumiyalanması ilə əlaqədar orqanlarda dəyişikliklər nəzərə çarpmaya bilər.

İtdə yoluxucu xəstəlik, xəsarət və zəhərlənmə əlamətləri aşkar edilməyib. Heyvanın mədəsinin az miqdarda tük və öd istisna olmaqla boş olduğu bildirilib.

Xatırladaq ki, cütlük fevralın sonlarında evlərində cansız vəziyyətdə tapılıb. Bədənin yarılması zamanı Arakavada nadir yoluxucu xəstəlik olan hantavirus ağciyər sindromunun olduğu müəyyən edilib. O, birinci dünyasını dəyişdi.

Hekman ürək xəstəliyindən əziyyət çəkib və aclıqla əlaqədar tam taqətdən düşüb. Aktyorda Alzheymer xəstəliyinin ağır forması olub və ətrafında baş verənlərdən tam xəbərdar olmayıb. Onun ölümü həyat yoldaşından təxminən bir həftə sonra baş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv