Trampdan III Dünya müharibəsi xəbərdarlığı: Görünməmiş dağıntı olar…

Trampdan III Dünya müharibəsi xəbərdarlığı: Görünməmiş dağıntı olar…






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Dollar, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #Mark Rütte, #Müharibə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya sülh danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə III Dünya müharibəsinin baş verə biləcəyi barədə xəbərdarlıq edib. 

presstvaz  xəbər verir ki, o, nüvə silahlarının istifadəsi ilə misli görünməmiş bir dağıntının yaşana biləcəyini bildirib.

ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı Tramp deyib: “Çox asanlıqla III Dünya müharibəsi baş verə bilər. Biz bu müharibəyə doğru gedirdik. Nüvə silahları və heç vaxt bilmək istəməyəcəyiniz digər silahlar səbəbilə görünməmiş dağıntı ola bilər. Amma düşünürəm ki, indi yaxşı vəziyyətdəyik. Rusiya ilə münasibətlərin yaxşı getdiyini düşünürəm. Prezident Putinlə danışırıq və bu müharibəni bitirmək istəyirik”.

“Rusiya və Ukrayna ilə çox pozitiv danışıqlar apardıq. Əgər razılığa gələ bilsək, Rusiya atəşkəsi qəbul edəcək”, deyə Tramp əlavə edib.

ABŞ prezidenti Avropaya böyük miqdarda vəsait xərcləndiyini də vurğulayaraq bildirib: “Avropaya, bəlkə də, 350 milyard dollar xərclənib. Ekspertlər bu məbləğin daha yüksək olduğuna inanır. Bağlanacaq razılaşma ilə bu vəsaiti geri alacağıq”.

Bu arada, NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlük məsələsini müzakirə masasından çıxardığını qəbul edib.

“Bloomberg”ə açıqlama verən Rütte deyib: “Ukraynanın NATO-ya daxil olması məsələsi artıq gündəmdə deyil”.

Ukraynanın ədliyyə naziri Olqa Stefanişina isə Rüttenin bu açıqlamalarının ölkədə çaşqınlıq yaratdığını bildirib./qaynarinfo.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv