Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər

Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Almaniya, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Fransa, #Olaf Şolts, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya, Böyük Britaniya və Fransa liderlərinin təhlükəsizlik üzrə müşavirləri danışıqlar aparmaq üçün ABŞ-yə yola düşüblər.

presstvaz xəbər verir ki, bu barədə “Die Welt” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniya kansleri Olaf Şoltsun xarici işlər və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner məsləhətləşmələr üçün təcili olaraq Vaşinqtona yollanıb. O, Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel ilə birlikdə Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts ilə görüşəcək.

Bildirilir ki, görüşdə Fransa prezidentinin xarici əlaqələr üzrə müşaviri Emmanuel Bonne də iştirak edəcək.

Qeyd olunur ki, bu məsləhətləşmələr Ukraynada atəşkəslə bağlı danışıqların kritik anında baş tutacaq. Avropalılar indiyədək eksklüziv olaraq ABŞ Prezidenti Donald Trampın komandası ilə Rusiya və Ukrayna tərəfləri arasında aparılan birbaşa danışıqlarda iştirak etmirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv