Siyarto: “Bakı-İrəvan sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq”

Siyarto: “Bakı-İrəvan sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq”






presstv

"Presstv"az #Azərbaycan, #Ceyhun Bayramov, #Cənubi Qafqaz, #Ermənistan, #Macarıstan, #Müharibə, #Münaqişə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək bir sülh müqaviləsi ilə nəticələnəcək”.

presstvaz xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində yazıb.

“Ukraynada davam edən müharibədən başqa, təəssüf ki, dünyada hələ də kifayət qədər münaqişə var. Lakin onlardan biri hazırda görünən odur ki, həll olunmağa doğru gedir. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin mətninə bu gün azərbaycanlı həmkarım və dostum Ceyhun Bayramovdan aldığım məlumata əsasən, razılıq əldə olunub. Təbii ki, bu, hələlik sülh prosesinin sonu demək deyil, lakin Cənubi Qafqaz regionunda yaşayan insanların dinc və sakit həyat imkanını yenidən qazanması üçün çox vacib bir addımdır.

Bu inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək sülh müqaviləsi ilə nəticələnəcək”, – P.Siyarto qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv