Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır






presstv

"Presstv"az #Müharibə, #Rusiya, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”

presstvaz xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

“Dünən biz Putinin bəyanatlarını eşitdik. O, açıq şəkildə bəzi şərtlər irəli sürür ki, bu da onun heç bir atəşkəs istəmədiyini göstərir. Ona müharibə lazımdır. Bu, həmişə bəlli olub və indi də göz qabağındadır”, – Zelenski bildirib.

Zelenski həmçinin Putinin döyüş meydanındakı real vəziyyət barədə, itkilər barədə, ölkə iqtisadiyyatının real vəziyyəti barədə yalan danışdığını və diplomatiyanın iflasa uğraması üçün əlindən gələni etdiyini deyib.

“Putin bu müharibədən çıxa bilməz, çünki çıxsa o zaman onun heç nəyi qalmayacaq”, – deyə Zelenski bildirib.

Zelenskinin fikrincə, məhz buna görə də Putin diplomatiyanı sabotaj etmək üçün mümkün olan hər şeyi edir. Çünki o əvvəldən, hətta atəşkəsdən əvvəl də son dərəcə çətin və qəbuledilməz şərtlər qoyurdu.

“Putin Minskdə etdiyi kimi hamını sonsuz müzakirələrə sürükləməyə çalışacaq, ordusu insanları öldürməyə davam etdiyi halda özü mənasız danışıqlara günlər, həftələr və aylar sərf edəcək. Putinin irəli sürdüyü hər bir şərt sadəcə olaraq diplomatiyaya mane olmaq cəhdidir. Rusiya belə işləyir. Biz də bu barədə xəbərdarlıq etmişdik”, – Zelenski deyib. /APA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv