İqtisadiyyat Nazirliyi SİF və AİŞ-in əməkdaşlarının ixtisarı ilə bağlı xəbərlərə münasibət bildirib

İqtisadiyyat Nazirliyi SİF və AİŞ-in əməkdaşlarının ixtisarı ilə bağlı xəbərlərə münasibət bildirib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan İnvestisiya Şirkəti, #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət başçısının “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” (SİF) publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) birləşmə formasında yenidən təşkili yolu ilə Nazirliyin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs (ABİF) yaradılıb.

presstvaz xəbər verir ki, Fond SİF-in və AİŞ-in hüquqi varisidir, onların hüquq və öhdəlikləri, bütün əməkdaşları, həmçinin əmlakı Fonda keçir. SİF və AİŞ-in əməkdaşlarının heç biri ixtisara salınmır və fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Fərmanı ilə ABİF-in Nizamnaməsi təsdiq edilib və Fond dövlət qeydiyyatına alınıb. Aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə Fondun Müşahidə Şurası yaradılıb. Hazırda ABİF-in fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görülür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv