Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra Aİ missiyasının taleyi necə olacaq?

Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra Aİ missiyasının taleyi necə olacaq?






presstv

"Presstv"az #Ararat Mirzoyan, #Avropa, #Azərbaycan, #Ermənistan, #İrəvan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasından sonra Avropa İttifaqının (Aİ) müşahidə missiyasının taleyinin necə olacağı ilə bağlı açıqlama verib.

Bu barədə presstvaz Ermənistan KİV-ə istinadən xəbər verir.

Mirzoyan parlamentdə bəyan edib ki, İrəvan hər zaman mülki missiya ilə əməkdaşlığın forma və mexanizmlərini müzakirə edə bilər.

“Əmin etmək istəyirəm ki, sülh sazişi imzalandığı zaman biz öz avropalı tərəfdaşlarımızla mülki missiya ilə bağlı qarşılıqlı məqbul və qarşılıqlı faydalı qərarlara gələcəyik”, – deyə o qeyd edib.

Ötən gün razılaşdırıldığı məlum olan sazişin mətninin bəndlərindən biri Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlıdır. Həmçinin Azərbaycanın Aİ missiyasının Ermənistanda mövcudluğuna qarşı çıxdığı da məlumdur.

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-də 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 nəfərdən) qədər genişləndirildiyini elan edib. 2024-cü ilin martında Ermənistan parlamenti Avropa İttifaqı ilə Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Saziş müşahidəçilərə toxunulmazlıq və imtiyazlar, o cümlədən saxlanılma və həbs toxunulmazlığı verir. Bu ilin yanvarında missiyanın mandatı 2027-ci il fevralın 19-dək iki il müddətinə, büdcəsi 44 milyon avro olmaqla uzadılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv