Rusiyadan Aİ-yə cavab: Bəzi Avropa nümayəndələrinin ölkəyə giriş qadağan edildi

Rusiyadan Aİ-yə cavab: Bəzi Avropa nümayəndələrinin ölkəyə giriş qadağan edildi






presstv

"Presstv"az #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Gəmi, #Rusiya, #Rusiya XİN, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskva Avropa İttifaqının (Aİ) 16-cı sanksiya paketinə cavab olaraq, ölkəyə girişi qadağan edilən Avropa institutlarının və ittifaqın üzv ölkələrinin nümayəndələrinin siyahısını genişləndirib.

Bu barədə presstvaz Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadla xəbər verir.

Rusiya XİN-in məlumatında deyilir: “Söhbət Ukraynaya hərbi yardım göstərməyə görə məsul olan, ölkəmizin ərazi bütövlüyünün sarsıdılmasına və Baltik dənizində Rusiya gəmilərinin hərəkətinin blokadasının təşkilinə yönəlik fəaliyyət aparan Aİ ölkələrinin güc qurumlarının, dövlət və kommersiya təşkilatlarının nümayəndələrindən, Aİ-nin üzv ölkələrinin vətəndaşlarından gedir”.

Qeyd edək ki, Aİ və Böyük Britaniya fevralın 24-də Rusiyaya qarşı sanksiyaların 16-cı paketini tətbiq edib. Tədbirlər Rusiya iqtisadiyyatının əsas sektorlarına, o cümlədən bank sektoruna, metallurgiyaya və logistikaya, həmçinin ölkənin artıq tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməsinə kömək edən şəxslərə qarşı yönəldilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv