UEFA Avropa Liqası: “Mançester Yunayted” rahat qələbə ilə növbəti mərhələdə

UEFA Avropa Liqası: “Mançester Yunayted” rahat qələbə ilə növbəti mərhələdə






presstv

"Presstv"az #"Mançester Yunayted", #Avropa, #İngiltərə, #İspaniya, #UEFA Avropa Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Mançester Yunayted” – “Real Sosyedad” matçı baş tutub.

presstvaz xəbər verir ki, matç İngiltərə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:1.

“Qırmızı şeytanlar”ın üç qolunu ikisini penaltidən olmaqla Bruno Fernandeş vurub. Daha bir dəfə Dalot fərqlənib. İspaniyalılardan isə Oyarzabal 11 metrlik cərimə zərbəsindən qol vurub.

Qeyd edə ki, Aramburu 64-cü dəqiqədən etibarən “Real Sosyedad”ı azlıqda qoyub.

Xatırladaq ki, tərəflər arasında ilk matç 1:1 hesabı ilə yekunlaşmışdı. Ümumi hesabda (5:2) üstünlük qazanan “Mançester Yunayted” 1/4 final mərhələsində oynamaq hüququ əldə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv