“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqləndi






presstv

"Presstv"az #Azərbaycan, #Əli Əsədov, #Naxçıvan Muxtar Respublikası, #Ordubad, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqlənib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.

Qoruq Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qoruq Naxçıvan MR-in büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, nazirliyin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir və öz emblemi ola bilər.

Xatırladaq ki, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Prezidentinin 2024-cü il 21 fevral tarixli 15 nömrəli Sərəncamı ilə yaradılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv