“TikTok”a giriş məhdudlaşdırılır

“TikTok”a giriş məhdudlaşdırılır






presstv

"Presstv"az #Ailə, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“TikTok” sosial şəbəkəsi “Ailə ayarları” bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında tətbiqə girişini məhdudlaşdırmağa imkan verən funksiyanı işə salır.

presstvaz xəbər verir ki, “TikTok” tərtibatçıları yeni “Qeyri-aktiv vaxt” ayarını yaradıb.

İndi valideynlər övladları üçün “TikTok”a giriş məhdudiyyəti təyin edə bilərlər – məsələn, dərs saatlarında və ya gecə vaxtı. Valideynlər rəqəmsal detoksun rahat tənzimlənməsi üçün təkrarlanan cədvəl yarada və daha əvvəl tətbiq olunmuş məhdudiyyət dövründə övladlarının tətbiqdən istifadə üçün göndərdiyi sorğuları təsdiq edə bilərlər.

Bundan əlavə, “Ailə ayarları”nın yeni funksionallığı valideynlərə övladlarının hesabları barədə daha geniş məlumat əldə etməyə imkan verir. İndi onlar övladlarının “TikTok”da kimi izlədiyini və onun hesabına kimlərin abunə olduğunu, yeniyetmənin hansı istifadəçiləri blokladığını görə biləcəklər.

“Yaxın aylarda “TikTok” valideyn nəzarəti aktiv edilməsə belə, yeniyetmələrin platformanın İcma Təlimatlarını potensial olaraq pozan məzmun barədə valideynlərinə məlumat verməsinə imkan yaradan funksiyanı da əlavə edəcək”, – məlumatda deyilir.\ oxu.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv