Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək

Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək






presstv

"Presstv"az #Aktau, #Avto, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #Bakı, #Braziliya, #Hadisə, #Hava Yolları, #Hökumə Əliyeva, #İlham Əliyev, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Qroznı, #Rusiya, #Sərəncam, #təyyarə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanda istehsal olunan və keçən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin bort bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfinə adlandırılmış zirehli tibbi maşın xaricdəki sülhməramlı fəaliyyət zonasına göndəriləcək.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə zirehli tibbi maşının istehsal olunduğu müəssisəni ziyarət edən Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının nümayəndələrinə müəssisənin texniki direktoru Muxtar Əlmuxanov bildirib.

Müəssisənin mühəndisləri qeyd ediblər ki, bu maşın sülhməramlı missiyalar zamanı tibbi evakuasiya imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.

Layihənin baş mühəndisi Olcazbek Kartqujakov bildirib ki, bu, sülhməramlı fəaliyyət zonasına göndəriləcək ikinci belə nümunədir. Lakin sülhməramlı fəaliyyət zonasına göndəriləcək Hökumə Əliyevanın adının verildiyi ilk maşın olacaq. “İlk nümunə keçən il Qolan təpələrində sülhməramlı missiyanın icrası üçün göndərilmişdi”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, maşının konstruksiyasında əsaslı dəyişikliklər edilməyib, lakin Qazaxıstan Müdafiə Nazirliyinin tibb idarəsinin tələbinə uyğun olaraq sanitar avtomobil kimi təkmilləşdirilib.

“Bu, “Arlan” zirehli maşın bazasında hazırlanmış tibbi avtomobildir. Maşının iki konfiqurasiyası mövcuddur: ya altı yüngül yaralını, ya da iki ağır yaralı və üç yüngül yaralını daşıya bilər”, – deyə mühəndis məlumat verib. Bildirib ki, bu maşın 8 kiloqram trotil ekvivalentli minanın partlayışına davam gətirə bilir.

Zirehli tibbi maşının Hökumə Əliyevanın şərəfinə adlandırılması təşəbbüsü nəqliyyat vasitəsinin istehsal edildiyi “Kazakhstan Paramount Engineering” şirkətinin təsisçisi Aybek Barısa məxsusdur.

Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış “Azerbaijan Airlines” təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv