İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir

İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Ermənistan, #Müharibə, #Müharibə cinayətləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın və onun havadarlarının cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik.

presstvaz xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

“Müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən bir qrup şəxs hal-hazırda Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıb. Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi sülhün pozulması və təcavüzkar müharibə çərçivəsində törədilmiş bu cinayətlər nəticəsində onminlərlə azərbaycanlı qətlə yetirilib, yüzminlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb, minlərlə azərbaycanlı işgəncə və məcburi itkin düşməyə məruz qoyulub, ictimai və şəxsi mülkiyyətə kütləvi məbləğdə zərər vurulub”,- bəyanatda qeyd olunub.

Bildirilib ki, insan hüquqları və humanitar hüququn bu miqyasda pozulması və törədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldə edilməsinə ən böyük maneələrdən biri olub:

“Bu mənada, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə də Xocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləvi qətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalət məhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutuması və davamlı sülhün əldə olunmasına böyük töhfədir.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası hökuməti və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstək vermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraq törədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edən cəhdlər edirlər. Bu məsələdə bir sıra Avropa dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüst funksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər.

Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar, mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsi kimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq, biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik”, – bəyanatda deyilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv