Qırğızıstan prezidenti sabiq ölkə başçısının qohumlarına xəbərdarlıq edib: “Həbs olunacaqsınız”

Qırğızıstan prezidenti sabiq ölkə başçısının qohumlarına xəbərdarlıq edib: “Həbs olunacaqsınız”






presstv

"Presstv"az #Ailə, #Kiyev, #London, #Məhkum, #Qırğızıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğızıstanın 2010-cu ildə devrilmiş keçmiş prezidenti Kurmanbek Bakiyevin qohumları vətənlərinə qayıtsalar, həbs olunacaqlar.

presstvaz xəbər verir ki, bu xəbərdarlıqla Qırğızıstan dövlətinin başçısı Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində bildirib.

“Maksim (Kurmanbek Bakiyevin oğlu – red) və Canış (keçmiş prezidentin qardaşı – red) məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum ediliblər. Əgər onlar Qırğızıstana gəlsələr, həbs ediləcəklər”, – deyə Sadır Japarov qeyd edib.

Xatırladaq ki, Kurmanbek Bakiyev 2010-cu ilin aprelində ölkədə baş verən siyasi qarşıdurma nəticəsində devrilib. Onu mühafizə edən əsgərlərlə müxalifət tərəfdarları arasında baş verən qarşıdurma zamanı 80-dən çox insan həlak olub, yüzlərlə şəxs yaralanıb. Nəticədə sabiq prezident K.Bakiyev əvvəl paytaxt Bişkeki, sonra isə Qırğızıstanı tərk etmək məcburiyyətində qalib. Onunla bərabər bir çox qohumları da respublikanı tərk ediblər. Artıq 15 ilə yaxındır ki, keçmiş dövlət başçısının ailəsi və yaxın qohumları Minskdə, oğlu Maksim isə Londonda yaşayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv