Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb

Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb






presstv

"Presstv"az #Azərbaycan, #Ceyhun Bayramov, #COP29, #İqlim dəyişikliyi, #Qazax, #Qazaxıstan, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) baş direktoru Berek Aren ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan və ƏTİT arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə qida təhlükəsizliyi problemlərinin birgə həll yollarının araşdırılması imkanları müzakirə edilib.

Azərbaycanın donor dövlət kimi beynəlxalq humanitar və inkişafa yardım proqramlarına mühüm töhfələr verdiyini vurğulayan nazir Ceyhun Bayramov, aktual qlobal qida təhlükəsizliyi kimi mühüm çağırışın həlli baxımından qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin qida təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu və bu strateji məsələnin daim diqqətdə saxlanıldığını bildirib.

Baş direktor Berek Aren Azərbaycanın qida təhlükəsizliyi proqramlarına verdiyi töhfələrə görə minnətdarlığını bildirərək, ölkəmizin İƏT çərçivəsində aktiv fəaliyyətini və regional qida təhlükəsizliyinin həllində mühüm rolunu yüksək qiymətləndirib.

Ölkəmizin COP29-a sədrliyi zamanı əldə olunmuş nailiyyətlər xüsusilə qeyd edilib. İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə birbaşa təsirləri bu istiqamətə xüsusi əhəmiyyət verilməsinin zəruri olduğunu göstərdiyi vurğulanıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti bir daha qeyd edilib.

Bununla yanaşı, ƏTİT-in fəaliyyəti barədə geniş təqdimat edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv