Ülvi Mehdiyev: “Vətəndaşın sualı cavabsız qalmamalıdır”

Ülvi Mehdiyev: “Vətəndaşın sualı cavabsız qalmamalıdır”






presstv

"Presstv"az #ASAN müraciət, #ASAN xidmət, #Nəqliyyat, #Ülvi Mehdiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Təşkilatlar və onların nümayəndələri “ASAN müraciət” vasitəsilə daxil olan müraciətlərə həssaslıqla yanaşmalı, ümumiyyətlə, vətəndaşın sualı cavabsız qalmamalıdır”.

presstvaz xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev “ASAN müraciət” İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, vətəndaş xidmət almasa belə, onun problemi dinlənilməlidir.

Ü.Mehdiyev “ASAN müraciət” İnformasiya Sisteminin hansı funksiyaları yerinə yetirdiyi barədə də məlumat verib:

“Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir”.

Məhərrəm Əliyev


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv