Hansı pozada yatmaq təhlükəlidir? – Mütəxəssisdən məsləhət

Hansı pozada yatmaq təhlükəlidir? – Mütəxəssisdən məsləhət






presstv

"Presstv"az #Həkim, #Mədə-bağırsaq xəstəlikləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yuxu üçün ən pis poza qarnıüstə uzanmaqdır”.

presstvaz-ın xəbərinə görə, “HuffPost” nəşri yuxu üzrə məşqçi (kouç) Ceyms Uilsonun bu barədə fikirlərini dərc edib.

Mütəxəssisin sözlərinə görə, qarnıüstə yatmaq onurğa sütunu, boyun, omba, diz və daxili orqanlar üçün zərərlidir.

“Gecə istirahəti zamanı bədənin bu vəziyyətdə qalması travmalara, fəqərələrin yerindən çıxmasına, boyunun dartılmasına səbəb ola, həmçinin yuxunun keyfiyyətini və davamlılığını pisləşdirə bilər”, – deyə o bildirib.

Uilsonun qeyd etdiyinə görə, qarnıüstə yatmağa daha təhlükəsiz alternativ yan tərəfə uzanıb ayaqlarının arasına yastıq qoymaqdır.

Mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış cərrah Karan Racan da bu fikirlə razıdır. Onun sözlərinə görə, mədə-bağırsaq pozğunluqları zamanı sağ tərəf deyil, sol tərəf üzərində yatmaq daha faydalıdır. Bu vəziyyət, həkimin bildirdiyinə görə, mədənin içindəkilərinin qida borusuna daxil olmasını çətinləşdirir ki, bu da turşu reflüsünün riskini azaldır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv