Rusiya onların akkreditasiyasını LƏĞV ETDİ

Rusiya onların akkreditasiyasını LƏĞV ETDİ






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Deportasiya, #London, #Rusiya, #Rusiya XİN

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Böyük Britaniyanın 2 diplomatının akkreditasiyasını ləğv edib.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, onlar qanunu pozduğuna görə akkreditasiyaları ləğv olunub.

Həmin diplomatların Rusiyaya giriş icazəsi alarkən yalan məlumat verdiyi və Britaniya kəşfiyyatına işlədiyi qeyd olunub. Bu səbəbdən Britaniyanın Rusiyadakı səfiri nazirliyə çağırılıb.

“Səfirə diplomatların Rusiya qanunlarını pozduqları barədə məlumat verilib. Moskva Britaniya kəşfiyyatçılarının gizli fəaliyyətinə dözməyəcək və öz milli təhlükəsizlik maraqlarına uyğun hərəkət edəcək. Biz Britaniya vətəndaşlarına Rusiya vizası üçün müraciət edərkən dəqiq və dolğun məlumat vermələrini tövsiyə edirik. London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfi lazımi cavab verəcək”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün iki britaniyalı diplomatın casusluqda şübhəli bilinərək deportasiya edilməsi barədə qərarın qəbul edildiyini açıqlayıb. Rusiya ötən il casusluqda və ölkədə təhlükə törətməkdə şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını da ləğv edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv