ABŞ və Cənubi Koreya genişmiqyaslı hərbi təlimlərə başladılar

ABŞ və Cənubi Koreya genişmiqyaslı hərbi təlimlərə başladılar






presstv

"Presstv"az #ABŞ, #Cənubi Koreya, #Donald Tramp, #Qırıcı təyyarə, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreya və ABŞ silahlı qüvvələri martın 10-da “Freedom Shield” (“Azadlıq qalxanı”) adlı genişmiqyaslı birgə təlimlərə başlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat verib.

Məlumata görə, manevrlərin məqsədi müttəfiqlər arasında ahəngdarlığın artırılmasıdır. Təlimlərə təxminən 19 min Cənubi Koreya hərbçisi cəlb olunacaq. Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi tərəfindən daha əvvəl bildirildiyi kimi, tərəflər 16 irimiqyaslı səhra təlimi planlaşdırır ki, 2024-cü ildə onların sayı 10 olub. Təlimlər martın 20-də başa çatacaq. ABŞ və Cənubi Koreya bu təlimlərdə Moskva ilə Pxenyan arasında əməkdaşlığın nəzərə alınacağını da diqqətə çatdırıblar.

“Yonhap” agentliyi bildirib ki, martın 6-da səhvən kəndin bombalanması səbəbindən bu il canlı atəş təlimləri baş tutmayacaq. Belə ki, martın 6-da iki Cənubi Koreya qırıcı təyyarəsi səhvən yaşayış məntəqəsinə səkkiz bomba atmış və nəticədə 14-ü hərbçi olmaqla 29 nəfər yaralanmışdı.

Qeyd edilir ki, hazırkı təlimlərin ABŞ Prezidenti Donald Trampın ikinci administrasiyası dövründə ilk böyük təlimlər olacağı gözlənilir. “Freedom Shield” ilə yanaşı, Cənubi Koreya və ABŞ hər ilin avqust ayında “Ulchi Freedom Shield” təlimlərini də keçirirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv