Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı

Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı






presstv

"Presstv"az #Azərbaycan, #Heydər Əliyev, #Moskva şəhəri, #Rusiya, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın “Rossiya-1” televiziya kanalında Dmitri Kiselyovun aparıcılığı ilə yayımlanan “Vesti nedeli” proqramında ümummilli lider Heydər Əliyevə həsr olunmuş reportaj göstərilib.

presstvaz-ın verdiyi məlumata görə, reportajda Moskva şəhərində Azərbaycan səfirliyinin yaxınlığındakı parkda Heydər Əliyevə abidə qoyulması planlarından bəhs edilib.

Bildirilir ki, Baykal-Amur Magistralının (BAM) tikinti işçiləri bu abidənin qoyulması xahişi ilə Moskvaya müraciət ediblər, çünki Heydər Əliyev “əsrin tikintisi”nin təşkilatçılarından biri olub və SSRİ Nazirlər Sovetinin BAM layihəsinin icrasına məsul komissiyasına rəhbərlik edib.

Bundan əlavə, ötən gün Rusiyanın “Perviy kanal”ında da eyni mövzuya dair reportaj yayımlandı.

“Moskvada tezliklə Heydər Əliyevin abidəsi olacaq. Bu həftə Azərbaycan səfirliyinin yaxınlığındakı parkda abidənin təməl daşı qoyuldu. Milyonlarla rusiyalı üçün bu siyasətçinin adı Baykal-Amur Magistralı ilə bağlıdır. Böyük miqyaslı və unikal logistika layihəsi əsasən Heydər Əliyevin səyləri və qərarlılığı sayəsində həyata keçirilib. Təbiət və texniki problemlərə əlavə olaraq iqtisadi çətinliklərə baxmayaraq, magistral vaxtında istismara verilib”, – deyə aparıcı qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv