“Kəs səsini, kiçik adam!”: Mask və Rubio Polşa XİN rəhbəri ilə mübahisə etdilər

“Kəs səsini, kiçik adam!”: Mask və Rubio Polşa XİN rəhbəri ilə mübahisə etdilər






presstv

"Presstv"az #ABŞ, #Dollar, #İlon Mask, #Müharibə, #Polşa, #Ukrayna, #Varşava

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Mask və dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə mübahisə ediblər.

presstvaz news.ru-ya istinadən xəbər verir ki, iş adamı polşalı diplomatı kiçik adam adlandırıb və ondan susmasını tələb edib.

Sikorski qeyd edib ki, “Starlink” peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollara maliyyələşdirilir. Onun sözlərinə görə, “SpaceX” etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq.

“Kəs səsini, kiçik adam! Siz xərcin yalnız bir hissəsini ödəyirsiniz. “Starlink”in əvəzi yoxdur”, – deyə Mask cavab yazıb.

Rubio mübahisəyə qoşulub və qeyd edib ki, Ukraynanın “Starlink”lə əlaqəsini kəsmək təhlükəsi yoxdur. O, Sikorskidən minnətdarlıq tələb edib.

“Çünki “Starlink” olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı, ruslar isə indi Polşa ilə sərhəddə olardılar”, – dövlət katibi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv