Çarəsiz Avropa öz ordusunu yaradır: Qitənin səması türk PUA-ları ilə qorunacaq

Çarəsiz Avropa öz ordusunu yaradır: Qitənin səması türk PUA-ları ilə qorunacaq






presstv

"Presstv"az #Ağ Ev, #Avropa, #Avropa Komissiyası, #Dollar, #Hakim, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa açıq və real təhlükə ilə üz-üzədir. Biz özümüzü müdafiə etmək və Ukraynanı güc mövqeyinə çıxarmağa qabil olmalıyıq”.

Ağ Evdə baş tutan qalmaqallı Tramp-Zelenski görüşündən az sonra – martın 6-da Brüsseldə keçirilən “Köhnə dünya” liderlərinin görüşündə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səsləndirdiyi bu ifadə Birləşmiş Ştatların 47-ci Prezidentinin hakimiyyətə gəlişindən sonra müəyyən qədər dumanlı ehtimallarla olsa da, hər halda gözlənilən durumun real konturda konstatasiyası olub.

Bəli, Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı “U” dönüşü sərt reallıqda Avropa üçün uzun və rahat bir yuxunun sonudur. Birlik birdən-birə dəyişən siyasi şərtlərdə müharibədən faktiki olaraq qələbə ilə çıxmaqda olan rus hərbi maşınının yaxınlaşan vahiməli uğultusu qarşısında panikaya düşüb. Hərçənd bunu sadəcə panika hesab etmək yanlış olar, ortada faktiki olaraq itirilmiş çox güclü qəyyum, məhv edilə bilməmiş qəzəbli düşmən və qorunmayan bir qitə var.

Brüssel sammitində Ursula fon der Lyayen Avropanın özünü müdafiə edə bilməsi üçün ordusunu yenidən qurmalı və yenidən silahlandırmalı olduğunu bəyan edərək bunun üçün lazım olan məbləği də açıqlayıb: düz 800 milyard avro və ya 841 milyard dollar. Bu vəsaitin müvafiq məqsəd üçün 4 il ərzində sərf edilməsi nəzərdə tutulur.

Bəs bu qədər vəsait Avropada, həqiqətən də, güclü və vahid ordu yaradılması üçün yetərlidirmi və hazırkı şərtlərdə belə bir ordu üçün əsas çağırışlar nədən ibarətdir?

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışında bu suallara aydınlıq gətirilib.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv